Türkiyə Silahlı Qüvvələrinin mövqeləri terrorçular tərəfindən atəşə tutulub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, cavab olaraq Suriyanın şimalında, “Zeytin Dalı” və “Fırat Kalkanı” bölgələrində aşkar edilən 12 PKK/YPG terrorçusu uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib.