Bank Of Baku

Suriyanın Suveyda bölgəsində azı 321 nəfər ölüb

Suriyanın Suveyda bölgəsində azı 321 nəfər ölüb
# 18 iyul 2025 17:57 (UTC +04:00)

Son günlər Suriyanın Suveyda bölgəsində baş verən silahlı qarşıdurma nəticəsində azı 321 nəfər ölüb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Şəbəkəsi məlumat verib.

Ölənlərin arasında qadın və uşaqların, tibbi personalın olduğu da bildirilib.

Xəsarət alanların sayı isə 436 nəfərdir.

Təşkilat bunların ilkin məlumat olduğunu və imkan yarandıqca yenilənəcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR