Paşha Bank
Bank Of Baku

“Tasnim”: Ukrayna İran ətrafındakı bir sıra ölkələrdə dron bölmələri yerləşdirib

“Tasnim”: Ukrayna İran ətrafındakı bir sıra ölkələrdə dron bölmələri yerləşdirib
# 20 oktyabr 2026 21:51 (UTC +04:00)

Ukrayna İran ətrafındakı bir sıra ölkələrdə pilotsuz uçuş aparatları bölmələri və mikro dronlar yerləşdirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

“Tasnim”in adı açıqlanmayan mənbədən aldığı məlumata görə, Ukraynanın bu addımları regionda mikro dronlardan ibarət əməliyyat şəbəkəsinin yerləşdirilməsini əhatə edir.

Mənbə Ukrayna qüvvələrinin və dronlarının yerləşdirildiyi ölkələr barədə məlumatın məxfi saxlanıldığını və münasib vaxtda açıqlanacağını bildirib. O, İraqın Kürdüstan bölgəsində Ukrayna qüvvələrinin minlərlə mikro dron yerləşdirdiyini deyib.

Mənbə onu da qeyd edib ki, Tehran Ukraynanın bu addımını Avropa və NATO-nun İrana qarşı düşmənçilik fəaliyyətinin bir hissəsi hesab edir və buna cavab vermək üçün uyğun variantı nəzərdən keçirir.

Mənbə sözügedən addımları Ukrayna üçün təxribat xarakterli, uğursuz cəhd və rüsvayçılıq kimi qiymətləndirib. O, Tehranın Kiyevin düşmənçilik fəaliyyətindən tam xəbərdar olduğunu vurğulayıb.

Ukraynanın daha əvvəl Xəzər dənizində İran gəmisinə hücum etdiyini və İranın bu düşmənçilik addımına göz yumduğunu xatırladan mənbə onu da bildirib ki, İran Avropa və Ukraynaya ölkəyə qarşı fəaliyyətlərini davam etdirmək üçün imkan verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR