Tayvan Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordusunun (AXO) 15 təyyarəsi və üç gəmisinin adalara yaxınlaşmasını qeydə alıb.
APA xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
"Bu gün saat 06:00-a olan məlumata görə, Tayvan ərazisində 15 təyyarə və üç PLA gəmisi aşkar edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, beş təyyarə hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub. Onların arasında bir Y-8 radar kəşfiyyat təyyarəsi, iki J-16 döyüş təyyarəsi və iki WZ-7 pilotsuz təyyarəsi var.