Tayvan Hərbi Hava Qüvvələrinin F-16V pilotu səhvən 908 kiloqramlıq Mk-84 bombasını adanın Sahil Mühafizəsi gəmisi yaxınlığında yerə atıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Tayvan Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Cao Cinpin bildirib.
Cao əlavə edib ki, təyyarənin pilotu və onun təlimatçısı məsuliyyətə cəlb olunacaq, Tayvan Hərbi Hava Qüvvələri isə insidentin səbəblərini təhlil edəcək.