Tayvan Müdafiə Nazirliyi adanın ətrafında təlimlər zamanı Çin Xalq Azadlıq Ordusunun adaya yaxınlaşan 71 təyyarəsini aşkar edib.
APA-nın məlumatına görə, bu barədə nazirlik “Twitter” səhifəsində məlumat yayıb.
“Aprelin 8-də Çinin 71 təyyarəsi və 9 gəmisi aşkar edilib”, - məlumatda deyilir.
Həmçinin adanın müdafiə departamenti qeyd edir ki, 45 təyyarə Tayvan boğazının median xəttini keçərək Tayvanın hava hücumundan müdafiə sistemlərinin identifikasiya zonasına daxil olub.