Bank Of Baku

Təbrizli deputat: Konstitusiyaya əməl etsək insanlar bu qədər qəzəblənməyəcək

Məsud Pezeşkian

© APA | Məsud Pezeşkian

# 23 dekabr 2022 22:57 (UTC +04:00)

İran parlamentinin Təbrizdən olan deputatı Məsud Pezeşkian həbs edilmiş etirazçılarla rəftar və onların mühakimə olunmasını İslam Respublikası hökumətinin “qanunsuz” davranışının nümunəsi hesab edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Pezeşkian bildirib ki, problem qanunun icrası ilə bağlıdır: "Bizim konstitusiyada kimisə 24 saatdan artıq həbsdə saxlamamaq, yaxud təqsirləndirilən şəxsin vəkillə təmin edilməsinə dair maddəlr var. Konstitusiyaya əməl etsək insanlar bu qədər qəzəblənməyəcək”.

Millət vəkili daha sonra bildirib: “Qanunu biz yazdıq, amma başqa iş görürük, başqa cür hərəkət edirik və cəmiyyəti qızışdıran da öz səhvlərimizdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR