Bank Of Baku

Tokio yaxınlığında 5,9 maqnitudalı zəlzələ baş verib

Tokio yaxınlığında 5,9 maqnitudalı zəlzələ baş verib
# 22 avqust 2026 21:42 (UTC +04:00)

Yaponiyanın İbaraki prefekturasında 5,9 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib. Güclü yeraltı təkanlar təxminən 20 saniyə davam edib və Tokioda mebellər silkələnib, qab-qacaq düşüb.

Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.

İlkin məlumata görə, ölən və xəsarət alanlar, həmçinin dağıntılar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR