Bank Of Baku

KİV: Tramp İrana qarşı iqtisadi təzyiqi artırır, Tehranı ABŞ-ın şərtləri ilə razılaşmaya məcbur etmək istəyir

KİV: Tramp İrana qarşı iqtisadi təzyiqi artırır, Tehranı ABŞ-ın şərtləri ilə razılaşmaya məcbur etmək istəyir
# 22 avqust 2026 17:45 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp yeni sanksiyalar, dəniz blokadası və İranın ticarət tərəfdaşlarına iqtisadi təzyiq vasitəsilə Tehranı müharibəni Vaşinqtonun şərtləri əsasında dayandıracaq razılaşmaya məcbur etməyə çalışır.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, ABŞ administrasiyası minlərlə bomba və raket zərbəsinin nail ola bilmədiyi nəticəni iqtisadi təzyiq vasitəsilə əldə etməyə ümid edir.

Qeyd edilib ki, bu strategiyanın qarşısında əsas maneələrdən biri İran İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Qurum Hörmüz boğazına nəzarəti ələ keçirdiyini bəyan edib və Fars körfəzi boyunca hücum pilotsuz uçuş aparatlarından istifadə edib.

Bildirilir ki, SEPAH iqtisadi təzyiqlərə qarşı dayanıqlı qala və ABŞ-ın addımlarına cavab vermək üçün müxtəlif vasitələrdən istifadə edə bilər. Bu isə Vaşinqtonun iqtisadi təzyiq vasitəsilə Tehranı öz şərtləri ilə razılaşmaya məcbur etmək strategiyasının nəticə verəcəyini qeyri-müəyyən edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR