Bank Of Baku

Xalq artisti Şükufə Yusupovanı "İçərişəhər" metrostansiyasının yaxınlığında maşın vurub, reanimasiyadadır - YENİLƏNİB-1

Xalq artisti Şükufə Yusupova

© APA | Xalq artisti Şükufə Yusupova

# 22 avqust 2026 14:05 (UTC +04:00)

Dünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (Şükufə Yusupova - red.) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verilib.

Bildirilib ki, xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

***

13:58

Xalq artisti Şükufə Yusupovanın qəzaya düşməsinin təfərrüatı məlum olub.

Bu barədə APA-ya onun bacısı oğlu məlumat verib.

Bildirilib ki, dünən "İçərişəhər" metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən Şükufə Yusupovanı maşın vurub.

Hadisə nəticəsində onun qabırğaları, çanaq sümüyü sınıb, öd kisəsi zədələnib.

Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

***

13:41

Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR