Türkiyə aviaşirkətləri İran, İordaniya, İraq və Livana uçuşları təxirə salıb

Türkiyə aviaşirkətləri İran, İordaniya, İraq və Livana uçuşları təxirə salıb
# 14 aprel 2024 04:37 (UTC +04:00)

Türkiyənin Türk Hava Yolları (THY) və "Pegasus" aviaşirkətləri bu gecə və sabah İran, İordaniya, İraq və Livana uçuşları İran və İsrail arasında yaşanan gərginlik və qonşu ölkələrin hava məkanının bağlanması səbəbindən təxirə salınıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə "TRT Haber" məlumat yayıb.

Bundan əlavə İranın müxtəlif şəhərlərinə uçan təyyarələr də İstanbula qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR