“Əfqanıstanda 13 milyonu uşaq olmaqla 19 milyona yaxın insan təcili ərzaq çatışmazlığından əziyyət çəkir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident qeyd edib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası və 10 Qeyri Hökumət Təşkilatının dəstəyi ilə bu ölkəyə xeyriyyə məqsədilə 700 ton ərzaq, geyim, səhiyyə və təcili yardım məhsulları daşıyan qatarı göndəriləcək.