Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqla sərhəddən 150 km içəridə əməliyyat keçirib.
APA xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, MİT PKK terror təşkilatının Türkiyə Silahlı Qüvvələrinin, polis və MİT əməkdaşlarına qarşı sui-qəsd törətmək məqsədilə təlim keçdiyi Bekir Kınayı Süleymaniyədə zərərsizləşdirib.