S-400 Hava Hücumundan Müdafiə sistemləri inventarımızdadır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
“S-400 Hava Hücumundan Müdafiə sistemləri inventarımızdadır. S-400 ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur”, - qeyd olunub.
Qeyd edək ki, Türkiyənin S-400-ləri Rusiyaya qaytaracağı ilə bağlı mediada xəbərlər yayılıb.
Dəryanur Cəfərova