Bank Of Baku

Türkiyə Parlamenti İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasına çağırıb

Türkiyə Parlamenti İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasına çağırıb
# 30 avqust 2025 00:23 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisi İsrailin BMT-də və digər beynəlxalq təşkilatlarda üzvlüyünün dayandırılması ilə bağlı çağırış edib.

APA xəbər verir ki, bu barədə TBMM-nin Qəzzadakı vəziyyətə həsr olunmuş növbədənkənar iclasında yekdilliklə qəbul edilən qətnamədə deyilir.

Parlament, həmçinin, dünyanın bütün qanunverici orqanlarına müraciət edərək İsraillə hərbi və ticarət əlaqələrinin dayandırılmasına çağırıb.

“Biz bütün milli parlamentləri İsraillə hərbi və ticarət münasibətlərini dayandırmağa, Fələstinə qarşı tətbiq edilən embarqonun aradan qaldırılması üçün dərhal addımlar atmağa çağırırıq”, – sənəddə qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR