Türkiyə prezidenti: "Ankara hərbi məqsədlərlə istifadə edilə biləcək malların İsrailə satışına icazə verməyib"

Türkiyə prezidenti: "Ankara hərbi məqsədlərlə istifadə edilə biləcək malların İsrailə satışına icazə verməyib"
# 16 aprel 2024 20:19 (UTC +04:00)

Türkiyə hərbi məqsədlərlə istifadə edilə biləcək heç bir malın İsrailə satışına icazə verməyib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib, Türkiyənin İsrailə reaktiv yanacaq satması ilə bağlı xəbərlər sadəcə iftiradır.

Prezident qeyd edib ki, Türkiyə Qəzzaya ən çox humanitar yardım göndərən ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR