Bank Of Baku

Türkiyə sahillərində gəmidə yanğın olub, ölən və xəsarət alanlar var - FOTO

Türkiyə sahillərində gəmidə yanğın olub, ölən və xəsarət alanlar var - FOTO
# 21 dekabr 2022 01:54 (UTC +04:00)

Qara dəniz sahillərində, Türkiyənin Sinop vilayətində yük gəmisində yanğın olub.

APA xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.

Hadisə nəticəsində1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanalara aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldüyü ehtimal edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Hadisənin təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR