Bank Of Baku

Türkiyə və İran XİN rəhbərləri görüşüb

Türkiyə və İran XİN rəhbərləri görüşüb
# 25 avqust 2025 18:20 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Araqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Görüş İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində keçirilən fövqəladə toplantısı çərçivəsində baş tutub.

Tərəflər Tehran və Ankara arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə ticarət, enerji, nəqliyyat və sərhəd təhlükəsizliyi sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər həmçinin məsləhətləşmələrin davam etdirilməsini, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR