Bank Of Baku

Türkiyə və İsrail xarici işlər nazirlərinin telefon danışığı olub

Türkiyə və İsrail xarici işlər nazirlərinin telefon danışığı olub
# 07 aprel 2023 19:39 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı nazir Çavuşoğlu Türkiyənin İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinin müqəddəsliyinə təhqir və statusuna qarşı son təxribatlarını, İsrailin Qəzza və Livana hava hücumlarını pislədiyini deyib.

Çavuşoğlu İsrail təhlükəsizlik qüvvələrinin zorakılıq hərəkətlərinə heç bir bəhanə gətirilə bilməyəcəyini qeyd edərək, bu halların təkrarlanmaması və hava hücumlarının yenidən başlamamasının lazım olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR