Türkiyə İranın Şiraz şəhərindəki Şah Çırağ türbəsində törədilən terror aktını pisləyib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Həlak olanlara Allahdan rəhmət, yaxınlarına, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, - bəyanatda deyilib.