Türkiyə ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə Livan arasında su sərhədlərinin demarkasiyası haqda razılaşmanı alqışlayır.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə bu sazişin hazırda bir çox problemlərlə üzləşən Şərqi Aralıq dənizində sülh və sabitliyə töhfə verəcəyinə ümid edir.