Bank Of Baku

Türkiyə XİN İsrailin Qəzzada quru əməliyyatlarına başlamasını pisləyib

Türkiyə XİN İsrailin Qəzzada quru əməliyyatlarına başlamasını pisləyib
# 16 sentyabr 2025 17:21 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlamasını pisləyib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Türkiyə XİN-in yaydığı bəyanatda quru əməliyyatlarının itkiləri daha da artıracağı, yüz minlərlə fələstinlini öz yerlərindən didərgin salacağı bildirilir.

"Beynəlxalq ictimaiyyətin girovların mübadiləsinə və humanitar yardımların fasiləsiz təmin edilməsinə imkan verəcək atəşkəs razılaşmasına nail olmaq səylərini davam etdirdiyi bir vaxtda başlayan qurudan hücum İsrailin atəşkəs istəmədiyini bir daha nümayiş etdirdi.

Beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsə nail olmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mütləqdir", - bəyanatda deyilir.

Dəryanur Cəfərova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR