Bank Of Baku

Türkiyə XİN rəhbəri: ABŞ İsrailin siyasətinə gözlənildiyi qədər təsir göstərmir

Türkiyənin xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyənin xarici işlər naziri Hakan Fidan

# 19 sentyabr 2025 05:46 (UTC +04:00)

ABŞ İsrailin siyasətinə əvvəl hesab edildiyi qədər güclü təsir göstərə bilmir.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin "MBC Masr" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Vaşinqtonun İsrailin qərarlarına təsiri əvvəlki dövrlərdə hesab edilən səviyyədə deyil:

“Amerikanın daxili siyasətində onilliklərdir mövcud olan reallıq kimin kimi idarə etməsi ilə bağlıdır. Lakin son hadisələr göstərdi ki, ABŞ İsrail siyasətinə istənilən qədər təsir göstərə bilmir”.

O, həmçinin Türkiyənin bölgədəki böhranların həlli istiqamətində səylərinə diqqət çəkib.

Nazir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın vaxtının böyük hissəsi Qəzzadakı gərginliyin azaldılması və beynəlxalq diplomatiya məsələlərinə yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR