Bank Of Baku

Türkiyədə avtobusla yük maşını toqquşub, 20 nəfər xəsarət alıb

Türkiyədə qəza

© APA | Türkiyədə qəza

# 15 dekabr 2022 10:15 (UTC +04:00)

Bu gün səhər saatlarında Tükiyənin Uşak şəhərində işçiləri aparan avtobusla ağır tonnajlı yük maşını toqquşub.

APA xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Hadisəyə səbəb kimi yük maşınının işıqforun qırmızı işığında keçməsi göstərilir.

Avtobusda olan 20 nəfərdən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb, 1 nəfərin vəziyyəti ağırdır.

Yük maşınının sürücüsü saxlanılıb.

Hadisə yerində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR