Bank Of Baku

Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213-ü yaralanıb - YENİLƏNİB-3

Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213-ü yaralanıb - YENİLƏNİB-3
# 20 fevral 2023 23:59 (UTC +04:00)

Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb.

***

Saat 23:46

Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "Sputnik Türkiye" məlumat yayıb.

***

Saat 22:52

Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra yaralılar var.

APA xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

İlkin məlumata görə, zəlzələ nəticəsində xəstəxanaya yerləşdirilən 8 yaralı var.

***

Saat 22:30

Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bəzi binalarda dağıntılar var.

APA xəbər verir ki, bu barədə Hatay Belediyesinin rəhbəri Lütfü Savaş bildirib.

"Bəzi binalar dağılıb. Təəssüf ki, dağıntı altında qalanlar var",- deyə o bildirib.

***

Saat 21:45

Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bəzi binalarda dağıntıların olduğu bildirilir.

APA xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Qeyd olunub ki, dağıntılar altında insanların olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR