Türkiyədə F-16 hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Yalovada baş verib.
Qəzanın baş verdiyi əraziyə xilasedicilər göndərilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult edərək xilas olub.
Qəzanın səbəbinin araşdırıldığı bildirilib.