Bank Of Baku

Türkiyədə hakim partiyanın üzvü, onun oğlu və qardaşı silahlı hücum nəticəsində öldürülüb

Türkiyədə hakim partiyanın üzvü, onun oğlu və qardaşı silahlı hücum nəticəsində öldürülüb
# 27 iyul 2026 02:37 (UTC +04:00)

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon təşkilatının sədri Mehmet Direk, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb.

Bu barədə "Cumhuriyet" qəzeti məlumat yayıb.

Hadisə vilayətin Güneykent rayonunda qəbiristanlıqda baş verib. Naməlum şəxs və ya şəxslər Mehmet Direk, oğlu Erkan Direk və qardaşı oğlu Əbu Bəkr Direkə atəş açıblar. Nəticədə hər üç şəxs həyatını itirib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub, ərazi nəzarətə götürülüb və şübhəlilərin saxlanılması istiqamətində əməliyyata başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR