Türkiyənin Antalya vilayətinin Alanya rayonunda, həmçinin İzmirin Foça rayonunda baş vermiş meşə yanğınları tam nəzarət altına alınıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.
Bundan başqa, Muğlanın Fethiye rayonunun Yeşilüzümlü məhəlləsində bu gün başqa bir ərazidə başlayan yanğın da yanğınsöndürmə qruplarının müdaxiləsi nəticəsində nəzarətə götürülüb.
Balıkəsirin Gömeç və Mersinin Gülnar-Aydıncık rayonlarında baş verən meşə yanğınların böyük bir qismi nəzarət altına alınıb.
Aydının Çine rayonundakı meşə yanğınının intensivliyinin azaldıldığı bildirilib.
Hazırda Balıkesirin Susurluk rayonunda baş vermiş meşə yanğınının söndürülməsi istiqamətində iş aparılır.