ABŞ-ın Kaliforniya ştatında yerləşən Miramar Hərbi Hava Bazası yaxınlığında ABŞ Dəniz Piyadalarına məxsus “F-35B Lightning II” tipli döyüş təyyarəsi naməlum səbəbdən qəzaya uğrayaraq alovlanıb.
APA xəbər verir ki, hadisənin yerli vaxtla saat 10:00 radələrində baş verdiyi bildirilir.
Pilot katapult sistemindən istifadə edərək təyyarəni tərk edib və sağ xilas olub.
İlkin məlumata əsasən, təyyarə enişə yaxınlaşarkən yerə çırpılıb və alovlanıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.