Türkiyədə meşə yanğınları ilə mübarizə zamanı həlak olan vətəndaşlara, o cümlədən könüllülərə şəhid statusu veriləcək.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə məlumat “Resmi Gazete”də dərc olunub.
Yeni qaydalar 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək, şəhid statusu verilənlərin ailələri dövlət təminatından yararlana biləcək.
Dəryanur Cəfərova