Türkiyənin Şanlıurfa əyalətinin Harran rayonunda mikroavtobus aşaraq su kanalına düşüb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “DHA” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, qəza nəticəsində 6 nəfər həyatını itirib, 5 nəfər xəsarət alıb. Qəzaya uğrayan mikroavtobusun sərnişinlərinin miqrant olduqları bildirilir.