Bank Of Baku

Türkiyədə partlayış törətməkdə şübhəli bilinənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Türkiyədə partlayış törətməkdə şübhəli bilinənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
# 16 dekabr 2022 11:05 (UTC +04:00)

Türkiyənin Diyarbəkir əyalətində Çevik polis qüvvələrinin maşınına yönəlmiş partlayışı törətməkdə şübhəli bilinən daha 3 nəfər saxlanılıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ümumi olaraq saxlanılanların sayı 5-ə çatıb.

Diyabəkir valisi Ali İhsan Su və Türkiyə səhiyyə naziri Fəxrəddin Koca yaralıların vəziyyətin stabil olduğunu, ölüm təhlükəsi olmadığını bildiriblər.

***

09:36

Türkiyədəki partlayışı törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

APA xəbər verir ki, Türkiyənin daxil işlər naziri Süleyman Soylu hadisə barədə “Twitter”də yazıb.

“Bu gün Diyarbəkirdə baş vermiş partlayış nəticəsində yaralanan polis əməkdaşları xəstəxanaya aparılıb. Hadisədə şübhəli bilinən 2 nəfər saxlanılıb”, - nazir qeyd edib.

Xatırladaq ki, partlayış zamanı 8-i polis olmaqla 9 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR