Bank Of Baku

Türkiyədə uçan maşınlar hazırlanır

Türkiyədə uçan maşınlar hazırlanır
# 08 fevral 2022 12:00 (UTC +04:00)

Türkiyədə "Bayraktar" şirkəti uçan maşınların hazırlanması üzərində iş aparır.

APA-nın məlumatına görə, bunu “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, uçan maşınların tam hazırlanması 10 il çəkəcək: “Bunların prototiplərinin hazırlanması prosesinə artıq start verilib, ilk uçuşu 2020-ci ildə həyata keçirmişik. Bu maşınlar ilk əvvəllər çox az istifadə edilsə də, sonradan həyatımıza daxil olacaqlar. Türkiyədə müvafiq laboratoriyalarda şagirdlər, tələbələr təcrübə keçirlər. Həmin gənclər uçan maşınların da hazırlanması üçün sınaqlarda iştirak edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR