Vətəndaşlarımız üçün kirayə yardımlarını 2000 lirədən 3000 lirəyə qaldırmışıq.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı brifinqi zamanı deyib.
“Zəlzələdən zərər görən hər bir kəsə köçməklərinə görə 15 min lirəlik yardım edəcəyik. Həmçinin zəlzələdə vəfat edən vətəndaşlarımızın yaxınlarına 100 min lirə yardım edirik. Fəlakətdən zərər görən vətəndaşlarımıza isə 10 min lirə yardım veririk. Ölkə üzrə yardım göstərilərək ödəmə edilən vətəndaş say 1 milyona yaxınlaşıb”, – Ərdoğan vurğulayıb.