Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.
APA xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.
O, 5 nəfərin dağıntılar altından çıxarıldığını qeyd edib.
AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını vurğulayıb.
***
14:15
Malatyada baş verən zəlzələ zamanı iki nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
O, vətəndaşları zədəli binalardan uzaq durmağa çağırıb.
***
13:52
Malatyada 5,6 bal gücündəki zəlzələdən sonra dağıntıların olduğu bildirilir.
APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə briqadaları ərazidə fəaliyyətə başlayıb.
Ata və qızının dağıntılar altında qaldığı qeyd edilib.
***
13:14
Malatyada 5,6 bal gücündə zəlzələ olub.
APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.