Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə baş verən uçqunda bir nəfər ölüb.
NTV xəbər verir ki, 4 nəfər xilas edilib, 3 işçinin axtarışları isə davam edir.
***
16:17
Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.
Onlardan 2-si xilas edilib, 5 işçinin isə dağıntılar altında qaldığı bildirilir.