Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən "MV Güllük" yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
"Haberdenizde"nin məlumatına görə, hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib
.
Bildirilib ki, dron Taman istiqamətində hərəkət edən gəminin yaşayış məntəqələrinə dəyib.
Gəmi İstanbula doğru yola düşüb, orada tam yoxlamadan keçəcək.
“MV Güllük” yük gəmisi 2002-ci ildə inşa edilib və beynəlxalq daşımalarla məşğuldur.