Bu ilin yanvar-iyun aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 83 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.
“APA-Economics” bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.
Belə ki, nəzarət tədbirləri başa çatdırılmış təşkilatlardan 51-də yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-də isə plandankənar yoxlamalar çərçivəsində aparılıb.
Hesabat dövründə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat məbləğində vəsaitin bərpası təmin edilib.