Türkiyənin zəlzələ baş verən bölgələrində ümumilikdə 468 031 yaşayış yeri inşa ediləcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında bildirib.
O qeyd edib ki, onlardan 392 350-si bina evi, 75 681-i isə kənd evidir.
Ərdoğan, artıq ilk 21 244 evin inşasının başladığını vurğulayıb.