Türkmənistan parlamentinə seçkilərdə ŞƏT-in müşahidə missiyası qanun pozuntusu qeydə almayıb

Türkmənistan parlamentinə seçkilərdə ŞƏT-in müşahidə missiyası qanun pozuntusu qeydə almayıb
# 26 mart 2023 18:10 (UTC +04:00)

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Türkmənistanın Məclisi (parlamenti) deputatlarının seçkilərində müşahidəçilər missiyası qanun pozuntusu qeydə almayır.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının senatoru, ŞƏT missiyasının beynəlxalq müşahidəçisi Nikolay Vladimirov məlumat verib.

“Biz bir neçə seçki məntəqəsində olduq, baxdıq, seçicilərlə söhbət etdik. “Təzyiq varmı, kimsə kimə səs verəcəyi barədə göstəriş alıbmı” - belə hallar öz təsdiqini tapmadı. Missiyamız pozuntular aşkar etməyib” – deyə Vladimirov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR