Vaşinqton Suriya ilə münasibətlərin normallaşmasını istisna edib

Vaşinqton Suriya ilə münasibətlərin normallaşmasını istisna edib
# 22 mart 2023 07:05 (UTC +04:00)

Rəsmi Dəməşq ərəb dövlətləri ilə münasibətləri normallaşdırmağa başladığı vaxtda Vaşinqton bu ölkə ilə münasibətləri bərpa etməyəcəyini bir daha xatırladıb.

APA-nın xəbərinə görə, bu barədə bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel səsləndirib.

“Suriya münaqişəsinin siyasi həllində irəliləyiş əldə edilmədiyi müddətdə biz nə Dəməşqlə münasibətləri normallaşdırayacağıq, nə də bunu edənləri dəstəkləyəcəyik” – Patel bildirib.

Qeyd edək ki, son bir neçə həftədə Suriya prezidenti Bəşər Əsəd 3 ölkəyə Rusiya, Oman və BƏƏ-yə səfər edib. Hazırda Suriyanın təkrarən Ərəb Dövlətləri Liqasına qaytarılması müzakirə olunur. Suriya təşkilatdan 2011-ci ilin dekabrında xaric edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR