Bank Of Baku

Xamenei İranın Qərbdə Fələstinə dəstək aksiyaları təşkil etməsinə dair iddialara cavab verib

Xamenei İranın Qərbdə Fələstinə dəstək aksiyaları təşkil etməsinə dair iddialara cavab verib
# 01 noyabr 2023 13:53 (UTC +04:00)

ABŞ-də, Britaniyada, Fransada, İtaliyada və digər Qərb ölkələrdə insanlar İsrail və ABŞ əleyhinə şüarlar səsləndirərək küçələrə axışır.

APA xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei 13 aban (4 noyabr) Tələbələr Günü və Milli Təkəbbürlə Mübarizə Günü münasibətilə tələbələrlə görüşdə Qəzzada baş verənlər barədə danışarkən bildirib.

“Deyirlər ki, İngiltərədə Fələstini dəstəkləyən aksiya İranın işidir. Bəlkə bunu Londonun və Parisin “Bəsic”ləri edib?”, - Xamenei sual edib.

O vurğulayıb ki, Fələstin xalqının qarşısında duranlar ABŞ, Fransa və Britaniyadır və İslam dünyası bunu unutmamalıdır.

Xamenei, Qəzzaya qarşı bombardmanların dərhal dayandırılmalı olduğunu bildirib. İranın Ali Rəhbəri, müsəlman dövlətlərini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR