Bank Of Baku

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq
# 10 aprel 2026 15:41 (UTC +04:00)

Hörmüz boğazından keçid üçün gəmilərdən rüsum alınması barədə yayılan məlumatlar sadəcə söhbətlərdir, bunun rəsmi təsdiqi yoxdur.

Bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi TASS-a deyib.

“Bu, xəbərlərdə və sosial şəbəkələrdə yer alıb, lakin İran tərəfindən gəmilərin (boğazdan keçid üçün- red.) ödəniş etməli olduqlarına dair heç bir rəsmi bəyanat yoxdur. Bu, yalnız söhbətlərdir”, — o bildirib.

Ali Rəhbərin nümayəndəsi onu da qeyd edib ki, İran Hörmüz boğazını ABŞ və İsraillə müharibə başa çatdıqdan sonra açacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR