Hələbin şimalında 20-dən çox İŞİD-çi Suriya ordusuna təslim olub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın münaqişə tərəflərinin barışıq Mərkəzinin nümayəndəsi Aleksandr Potyanixin deyib.
O qeyd edib ki, terror şəbəkəsinin 25 üzvü Taha şəhərində təslim olub.
Terrorçular suriyalı əsgərlərin nəzarəti altında saxlanılır.