Bank Of Baku

“Əl Qaidə” silahlıları Yəmən generalını öldürüblər

 “Əl Qaidə” silahlıları Yəmən generalını öldürüblər
# 08 dekabr 2012 23:16 (UTC +04:00)

 

Bakı-APA. Yəmənin Məğrib əyalətindəki neft kəmərinə baxış keçirməyə gələn general “Əl Qaidə” terrorçuları tərəfindən öldürülüb.

APA-nın bbc.com saytına istinadən verdiyi  xəbərə görə, bu kəmər partlayış nəticəsində zədələnmişdi. General Nasser Nəci bin Fərind ilə birgə 8 hərbiçi öldürülüb. Bildirilir ki, terrorçular pusqu quraraq maşın karvanına hücum ediblər. Maaşın karvanını güllələyəndən sonra iki hərbi maşını qaçırıblar. Hərbiçilərin fikrincə hücumu “Əl Qaidə” terror təşkilatı həyata keçirib.

 

“Əl Qaidə”-nin Yəmən bölməsi regionda çox yüksək fəallıq göstərir. 201-ci ildə onlar Yəmənin bir necə şəhərini ələ keçirmişlər. Budan sonra hərbiçilərlə  “Əl Qaidə” arasında şiddətli silahlı münaqişə başlayıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR