Bakı. Zümrüd Paşayeva – APA. “Əl-Qaidə” qruplaşması Suriya və İraqdakı döyüşçülərini birləşməyə çağırıb.
APA - nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu çağırışla “Əl-Qaidə”nin Ərəb yarımadasındakı qanadı ilə İslam Məğrib qanadı çıxış edib.
“Bir-birinizlə savaşı dayandırın və ümumi düşmənə - ABŞ-a, onun satanist alyansına qarşı bir cəbhədə birləşin. Onların məqsədi bizi bir-bir sıradan çıxararaq məhv etməkdir”, - deyə bəyanatda vurğulanıb.