Bakı-APA. “Əl Qaidə” terror təşkilatının Şimali Afrika qolu Livanın “Hizbullah” təşkilatını avqustun 23-də ölkənin şimalında 40-dan çox insanın ölməsi ilə nəticələnən bir neçə partlayış törətməkdə günahlandırıb.
“İslam Məğribində Əl Qaidə” təşkilatının bəyanatında qruplaşmanın “Hizbullah”dan intiqam alacağı qeyd olunub.
Xatırladaq ki, partlayışlar Livanın Tripoli şəhərində məscidlərin qarşısında baş vermişdi.