Bank Of Baku

“İslam Dövləti” terror qruplaşması ələ keçirdiyi neft yataqlarından hər gün 3 mln dollar gəlir əldə edir - VİDEO

“İslam Dövləti” terror qruplaşması ələ keçirdiyi neft yataqlarından hər gün 3 mln dollar gəlir əldə edir - <span style="color: red;">VİDEO
# 03 avqust 2014 04:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABC News telekanalına müsahibəsində Dubayda fəaliyyət göstərən INIGMA analitik mərkəzinin tədqiqat layihələrinin rəhbəri, enerji məsələləri üzrə tanınmış ekspert Robin Mils bildirib.   

 

Onun sözlərinə görə, bir müddət əvvəl yayılan açıqlamada bildirilmişdi ki, “İslam Dövləti” qruplaşması neftin satışından hər gün 1 mln gəlir əldə edir. R.Milsin sözlərinə görə, bu məbləğə yalnız İraq ərazisindəki neft yataqlarından əldə olunan gəlirlər daxildir.

 

“Qeyd olunan məbləğə “İslam Dövləti”nin Suriya ərazisindəki neft yataqlarından əldə etdiyi gəlirləri də əlavə edildikdə, terror qruplaşmasının gündəlik ümumi gəlirləri 3 mln dollar təşkil edir”, deyə ekspert vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR