Bakı – APA. “İslam dövləti” terrorçu qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ölüm xəbəri yayılıb.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ə. Əl-Bağdadinin ağır yaralanma nəticəsində öldüyü bildirilir.
“Xəlifə”nin ölümü ilə bağlı xəbəri hələlik heç bir rəsmi mənbə təsdiqləməyib. Sosial şəbəkələrdə Ə. Əl-Bağdadiyə oxşayan şəxsin meyitinin şəkili yerləşdirilsə də, İraq hərbçiləri və ABŞ xüsusi xidmət orqanları bununla bağlı şərh verməkdən imtina edirlər.
Ə. Əl-Bağdadinin meyitinin harada olduğu da məlum deyil.
Qeyd edək ki, hadisə ilə bağlı ilk dəbə İraqın AİN informasiya agentliyi məlumat yayıb. Həmin məlumatda Əl-Bağdadinin Əl-Kaim əyalətində ABŞ təyyarələrinin aviazərbəsi nəticəsində yaralandığı bildirilirdi.
İraq kəşfiyyatı “İslam dövləti” qruplaşması üzvlərinin öz liderlərini qonşu Suriya ərazisinə apardığını istisna etmir.