Bank Of Baku

“Suriyanın dostları qrupu” müxalifət koalisiyasını Suriya xalqının qanuni təmsilçisi kimi tanıyıb

“Suriyanın dostları qrupu” müxalifət koalisiyasını Suriya xalqının qanuni təmsilçisi kimi tanıyıb
# 12 dekabr 2012 20:41 (UTC +04:00)

Bakı-APA. “Suriyanın dostları qrupu”nun bu gün Mərakeşdə keçirilən görüşündə Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyası (MİQMK) Suriya xalqının qanuni təmsilçisi kimi tanınıb. APA-nın məlumatına görə, bu barədə “Maghreb Arab Press” Mərakeş XİN-nin rəhbəri Səəd Əd-Din Əl-Osmaniyə istinadən xəbər verir.

 

“Bu gün MİQMK Suriya xalqının vahid nümayəndəsi qismində tam şəkildə tanınıb”, deyə Mərakeş XİN-nin rəhbəri bu gün keçirilmiş mətbuat konfransında bəyan edib.

 

Bundan əvvəl Fransa XİN-nin rəhbəri Loran Fabius bəyan edib ki, artıq 100-dən çox ölkə Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasını Suriya xalqının vahid qanuni təmsilçisi kimi tanıyıb.

 

Bundan əlavə, bu gün Şimali Avropanın 8 ölkəsi adından Estoniya Suriya müxalifətinin tanınmasını nəzərdə tutan bəyanatla çıxış edib.

 

Qeyd edək ki, ABŞ Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasını Suriyanın qanuni hakimiyyəti qismində tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR